Etnologiya ensiklopediyasında, dilçilər ləzgi dilini Şimali Qafqaz dilləri qrupuna aid edirlər. Bu dil erqativ dildir, çoxlu samitlərdən, ismin geniş hallarından və orta mürəkkəblikdə felin önşəkilçiləri və şəkilçiləri strategiyasından ibarətdir.
Ləzgi dili ilə maraqlanan ingilis dilli oxucular Martin Haspelmasın Ləzgi dilinin qrammatikasına (1993) diqqət yetirməlidirlər. Bu kitabda o, sintaksis, morfologiya və fonologiyanı dolğun şəkildə təsvir edir. Rus dilli oxucular Dağıstan Dövlət Universitetinin mənbələrindən istifadə edə bilərlər, burada ləzgi dili alimlər tərəfindən tədris olunur.
Dil inkişafı təşkilatı “Üfüq-S” ləzgi dilşünaslığına sosiolinqvistik araşdırma və dil sənədləşdirməsi aparmaqla yardım göstərmişdir. Başqa bir tədqiqdə Üfüq-S-in tədqiqatçıları Azərbaycanın İsmayıllı bölgəsində danışılıan ləzgi dialektini Haspelmasın təhlili və başqa üç yerli ləzgi dialekti: Kür, Qusar və Axtı dialekti ilə müqayisə ediblər. Sonrakı dialekt tədqiqi, eləcə də danışılan ləzgi dilində diskurs xüsusiyyətlərinin təhlili gələcəkdə planlaşdırılır.